...

Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb – xarici işlər nazirinin müavini (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2008 20:08 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb – xarici işlər nazirinin müavini (video)

Azərbaycan, Bakı, 16 aprel/ Trend müxbir K.Ramazanova/ Dağlıq Qarabağ münaqişəsi heç bir zaman, heç bir mərhələdə dondurulmayıb. Bu barədə çərşənbə günün mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib.

"Bu münaqişəni dondurulmuş adlandırmaq olmaz. Yalnız vəziyyət dondurulmuş ola bilər",- Əzimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz öhdəliklərini yerinə yetirir, qarşı tərəf isə atəşkəs rejimini pozur.

"Ermənistan istəyir ki, münaqişə dondurulsun və bizim diskussiyalarımızın mahiyyəti bundadır. Bizə bu münaqişənin gələcək taleyini nəzərə almaq vacibdir", - o bildirib.

Əzimovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllindən yayınmaq, statusun dondurulması və özlərinin hansısa maraqlarına nail olmaq müəyyən qrupların mənafeyinə xidmət edir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti