...

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2008 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel / Trend , müxbir Q.Cəbiyev/ ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 29-da Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə şənbə günü Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

ATƏT atəşkəs haqqında razılıq əldə edildikdən sonar qoşunların təmas xəttində sabitliyin qorunması üçün intensiv monitorinqlər keçirir.

Məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Caslan Nurtazin keçirəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti