...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2008 10:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul/ Trend , müxbir C.Babayeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 28 - də saat 15.15-dən 15.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.05 - dən 20.42- dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.50- dən 23.15- dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti