...

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu gücləndirilməlidir - ABŞ-ın Yəhudi Komitəsinin icraçı direktoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Avqust 2008 13:03 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu gücləndirilməlidir - ABŞ-ın Yəhudi Komitəsinin icraçı direktoru

Azərbaycan, Bakı, 16 avqust/ Trend , müxbir C.Babayeva/ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun vasitəçilik rolu gücləndirilməlidir, - şənbə günü Bakıda keçirilən mətbuat konfransında  ABŞ-ın Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris deyib.

" Mənim Bakıya səfərim zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilən  ən başlıca mövzu olub. Biz münaqişənin tənzimlənməsində  ATƏT-in Minsk Qrupunun missiyasının möhkəmləndirilməsi istiqamətində iş aparacağıq", - o bildirib.

Harrisin sözlərinə görə, onun başçılıq etdiyi komitə,  ABŞ hökumətinin ATƏT-in Minsk Qrupunun işinə daha çox diqqət yetirməsinə çalışacaq.

"Biz ABŞ və Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində işləyəcəyik. Biz amerikalıların Azərbaycan haqqında baza biliklərinin olması üçün onların maarifləndirilməsi, Azərbaycan haqqında  informasiyanın siyasi dairələrə, o cümlədən ABŞ prezidentliyinə namizədlərə çatdırılması işi ilə də məşğul olacağıq", - deyə o, sözünü tamamlayıb.

Harris Azərbaycana ölkə prezidentinin dəvəti ilə gəlib. İki günkük səfərdə Harris Azərbaycan prezidenti, XİN rəhbəri, Baş nazir və digər dövlət nümayəndələri ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti