...

Moskva bəyannaməsi - Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət addımdır - ATƏT-in Minsk qrupu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2008 22:06 (UTC +04:00)

Avstriya, Vyana, 06 noyabr / Trend müxbir A.Ələsgərov/ ATƏT-in Minsk qrupu Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Moskva bəyannaməsini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət addım kimi dəyərləndirir.

"Moskva bəyannaməsi münaqişənin nizamlanmasında pozitiv bir addımdır. Bəyannamənin bəzi müddəaları Gürcüstandakı hadisələrdən sonra bir qədər dəyişikliyə uğrayıb", - deyə cümə axşamı Vyanadakı görüşdən sonra keçirilən birgə brifinqdə ATƏT-in Minsk qrupunun həmsədrləri bildirib.

Noyabrın 2-də Moskvada "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - Ilham Əliyev, Serj Sarqsyan və Dmitriy Medvedev görüşün nəticələrinə dair bəyannamə qəbul ediblər. Rusiya, Ermənistan və Azərbaycan Kavqazda vəziyyətin sağlamlaşdırılması üzərində işlərin aparlıması qərarına gəliblər və XİN rəhbərləninə tapşırılıb ki, dağlıq-qarabağ münaqişəsinin nizaməsalınması istiqaməində işlər aparsınlar.

Bəyannamə münaqişənin beynəlxalq hüquq və burada qəbul olunan sənədlər və qərarlar əsasında həllini nəzərdə tutur. Bu isə regionun iqtisadi inkişafı və hərtərəfli əməkdaşlığı üçün faydalı şərait yaradır.

Həmsədrlərin sözlərinə görə, Minsk qrupu münaqişəni həll edə bilmir, münaqişə tərəfləri özləri problemdən çıxış yollarını müəyyənləşdirməlidirlər. "Azərbaycan ümnaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır, Ermənistan isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün referendumun keçirilməsini istəyir. Minsk qrupu yalnız münaqişə tərəfləri arasında inam mühitinin yaradılması üçün xidmət edir", - deyə həmsədrlər vurğulayıblar.

Həmsədrlər bəyan ediblər ki, noyabrın ortalarında regiona səfər edəcəklər.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik isə brifinq zamanı bildirib ki, ötən ildən etibarən qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində 25 nəfər həlak olub. Bununla belə, o atəşkəsin kim tərəfindən pozulduğuna aydınlıq gətirməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Xəbər lenti

Xəbər lenti