...

Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə irəliləyiş ola bilər – ATƏT-in Minsk Qrupunun həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir A.Qasımova/ Azərbaycan və Ermənistan prezidentləri arasında etibar artmaqdadır və obyektiv faktlar belə deməyə əsas verir ki, növbəti bir neçə ayda Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş ola bilər. Bu barədə Trend -a telefonla ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, ATƏT Daimi Şurasının iclası zamanı həmsədrlər noyabrın 2-də Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Moskvada keçirilən müsbət və konstruktiv görüşü barədə təşkilata üzv ölkələrə məlumat veriblər.

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev arasında keçirilən görüşün yekunu üzrə bəyannəmə imzalanıb. Üç dövlət başçıları Qafqazda vəziyyətin yaxşılaşdırılması üzərində birgə işləmək barədə razılıq əldə ediblər, həmçinin xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəaliyyəti davam etdirmək barədə göstəriş veriblər. Bəyannamə beynəlxalq hüquq normaları və prinsipləri əsasında nizamlanmanı və bu çərçivələrdə qərar və sənədlərin qəbulunu nəzərdə tutur ki, bu da regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq.

Ermənistan Azərbaycan ərazilərinin 20 faizini - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildə başlanıb. 1991-ci ilin dekabrınadək Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti