...

Rusiya Moskva bəyannaməsini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə "yol xəritəsi" kimi nəzərdən keçirir – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir C.Babayeva/ Rusiya Azərbaycan, Ermənistan və RF liderlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə Moskva bəyannaməsini münaqişənin gələcək həlli üzər "yol xəritəsi" kimi nəzərdən keçirir, - Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov cümə axşamı jurnalistlərə bildirib.

Noyabrın 2-də Moskvada şəhərətrafı "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev arasında keçirilən görüşün yekunu üzrə bəyannamə imzalanıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri Qafqazda vəziyyətin sağlamlaşdırılması üzərində birgə işləmək barədə razılığa gəliblər, həmçinin xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işləri davam etdirməyi tapşırıblar.

Bəyannamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlərin əsasında nizamlanmasını nəzərdə tutur ki, bu da regionda hərtərəfli inkişaf üçün əlverişli şərait yaradacaq.

"Dağlıq Qarabağın münaqişənin nizamlanması prosesinə cəlb edilməsi haqqında səsləndirilən rəylər yalnız rəy və bəyanatlardır. Əlimizdə olan Moskva bəyannaməsindən çıxış etmək lazımdır və bu sənəddə Dağlıq Qarabağ nümayəndələrinin imzası yoxdur. Hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır", - səfir bildirib.

Moskva bəyannaməsi Rusiyanın Dağlıq Qarabağ münaqişəsini siyasi üsullarla həll etmək səylərinə dəlalət edir, - RF prezidenti administrasiyasının regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov cümə axşamı Bakıda jurnalistlərə bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti