...

Rusiya Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanmasında müsbət rol oynayır – RF XİN rəhbərinin birinci müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2008 19:41 (UTC +04:00)
Rusiya Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanmasında müsbət rol oynayır – RF XİN rəhbərinin birinci müavini

Rusiya, Moskva, 29 dekabr/ Trend , müxbir R.Ağayev/ Başa çatmaqda olan il, xüsusilə də onun sonu Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət addımlarla yadda qaldı, - bazar ertəsi Moskvada Trend -un müxbirinin sualını cavablandıran RF xarici işlər nazirinin birinci müavini Andrey Denisov bildirib.

Onun sözlərinə görə, Rusiya həm Azərbaycanla, həm də Ermənistanla dost münasibətlərində eyni dərəcədə maraqlıdır.

"Hər iki ölkə bizə çox yaxındır. Rusiya, tamamilə səmimi şəkildə, qərəzsiz olaraq, bu iki ölkənin  xüsusilə də Azərbaycan üçün çox çətin, ağır və ağrılı münaqişəni aradan qaldıraraq, onları qane edən həll tapmaları üçün əlindən gələni etməyə çalışır", - Denisov deyib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991 - ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992 -1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT - in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti