...

Qarabağ münaqişəsinin nizamlanması üçün obyektiv şərtlər yaradılıb – həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2009 17:27 (UTC +04:00)
Qarabağ münaqişəsinin nizamlanması üçün obyektiv şərtlər yaradılıb – həmsədr

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanması üçün obyektiv şərtlər yaradılıb. Bunu o qondarma Dağlıq Qarabağ Respublikasının başçısı Bako Saakyanın həmsədrlərlə görüşündən sonra bəyan edib.

"Novosti-Armeniya" agentliyinin 2009-cu ildə Qarabağ nizamlanmasındakı mümkün irəliləyişlərlə bağlı sualını cavablandıran Merzlyakov bildirib ki, müvəqqəti proqnozlar vermək həmişə çətin olur və o 2009-cu ildə nə baş verəcəyini deyə bilmir.

"Qarabağ münaqişəsinin nizamlanması üçün obyektiv şərtlər yaradılıb. Lakin subyektiv şərtlər görünür ki, o qədər də deyil" - deyən Merzlyakov qeyd edib ki, subyektiv şərtlər altında tərəflərin bəzən çətin, lakin vacib qərarların qəbulu üçün siyasi iradəsi nəzərdə tutulur.

Rusiyalı həmsədrin sözlərinə görə, görüş zamanı vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin Sürixdəki son görüşü ilə bağlı məlumat veriblər, habelə bu danışıqların yekunlarına əsasən hansı yeni imkanlar gördüklərini söyləyiblər. Həmsədrlər həmçinin öz fikir və düşüncələri ilə bölüşüblər.

Xəbər lenti

Xəbər lenti