...

Ermənilərin irqçi şüarları İsrailin məhvinə səslənən çağırışlarla eynidir – ABŞ-ın Azərbaycan və Türk diaspor cəmiyyətləri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2009 13:56 (UTC +04:00)
Ermənilərin irqçi şüarları İsrailin məhvinə səslənən çağırışlarla eynidir – ABŞ-ın Azərbaycan və Türk diaspor cəmiyyətləri

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir E.Rüstəmov /

ABŞ-ın Kaliforniya ştatının Azərbaycan və Türk diaspor cəmiyyətləri erməni-amerikalı aktivistlərin irqçi şüarlar səsləndirmələri ilə bağlı narahatlıqlarını bildiriblər. Martın 11-də Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun iştirakı ilə Kaliforniyanın Nortric Universitetində "Enerji təhlükəsizliyi geosiyasəti" mövzusunda keçirilən təqdimat zamanı bir qrup erməni tələbə azərbaycanlılar və türklərin etnik və irqi mənsubiyyətinə dair şüarlar səsləndiriblər.  

Kaliforniyanın Azərbaycan-Amerika Şurası (AAŞ) və Azərbaycan-Amerika Cəmiyyəti (AAC) Azərbaycan-Türkiyə-Amerika Cəmiyyəti ilə birgə erməni-amerikalı fəalların irqçi fikirlərindən narahatdırlar, - adları çəkilən təşkilatlardan Trend -a daxil olan press-relizdə deyilir.

"Biz hər bir amerikalının fikirlərini azad və sivil şəkildə səsləndirmək hüququnu qiymətləndiririk. Bununla yanaşı, XXI əsrdə ABŞ-da etnik və irqi zəmində təhqirlərin səslənməsi çox qorxuludur və akademik mühit üçün qəbuledilməzdir", - məlumatda deyilir.  

"Konstruktiv və müvafiq müzakirələrdə iştirak etmək əvəzinə təəsüf ki, erməni fəallar Azərbaycanın məhv olunması və Azərbaycan xalqının doğma torpaqlarından kütləvi deportasiyasına aid şüarlar səsləndirirlər", - press-relizdə deyilir.

AAŞ-la AAC bu tip çağırışların İsrailin və yəhudi xalqının məhvinə çağıran şüarlara analoji olduğunu bildiriblər. 

"Ən təhlükəlisi isə erməni fəallarının ermənilərin ari irqə mənsub olduğunu, azərbaycanlıların isə "aşağı türk irqindən" olduqlarını demələridir", - məlumatda qeyd olunub.  

AAŞ və AAC səslənən şüarları Amerika azərbaycanlıları üçün təhqir sayaraq irqçiliyin və türkofobiyanın təzahürünü hər Amerika ermənilərinin bölüşmədiyinə inanmaq istədiklərini bildirib.  

"Bu gün biz ümid edirik ki, Amerika erməniləri və Ermənistanın dostları dəyərlərə şərik çıxaraq başa düşürlər ki, Ermənistan üçün şovinizm və irqçilik nə kimi fəsadlar törədə bilər", - press-relizdə vurğulanır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti