...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar - Azərbaycan Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2009 10:46 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 24-də saat 11.10-dan 11.15-dək, 12.25-dən 12.35-dək, 12.30-dan 12.40-dək və 17.35-dən 17.45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı və Mososqerk kəndləri ərazisində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəklikləri və Koxanəbi kəndi ərzisindəki üzbəüz mövqelərimizi; saat 15.30-dan 15.50-dək və 22.30-dan 22.50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti