...

Azərbaycanla Ermənistan arasında problemlərin həll olunması Türkiyə ilə Ermənistan arasında çətinliklərin həllinə kömək edəcək - Türkiyənin baş naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2009 03:35 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında problemlərin həll olunması Türkiyə ilə Ermənistan arasında çətinliklərin həllinə kömək edəcək - Türkiyənin baş naziri

ABŞ prezidenti Barak Obamanın Türkiyəyə planlaşdırılan səfəri çərçivəsində danışıqlar zamanı, bu ölkənin baş naziri Rəcəb Tayib Ərdoğan onunla Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını müzakirə etmək niyyətindədir.  

Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan  Show telekanalında canlı yayımda çıxış edərkən bildirib.  

"Azərbaycanla Ermənistan arasında problemlərin həll olunması Türkiyə ilə Ermənistan arasında çətinliklərin həllinə kömək edəcək", deyə Türkiyənin baş naziri bildirib.

Baş nazir qeyd edib ki, Birləşmiş Ştatlar Fransa və Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədridir və 17 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olurlar.

Ərdoğanın sözlərinə görə, əgər həmsədrlər bu problemi həll edə bilsələr, onlar Türkiyəyə bu regionda olan çətinlikləri aşmağa yardımçı olarlar.

"Bu ölkələr həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər və onlar qısa müddətdə bu məsələni həll etməlidirlər. Bu bizim işimizi asanlaşdırar", - deyə Ərdoğan bildirdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti