...

Nə Rusiya, nə də başqa bir ölkə təklikdə Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında deyil – rusiyalı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2009 16:40 (UTC +04:00)
Nə Rusiya, nə də başqa bir ölkə təklikdə Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında deyil – rusiyalı politoloq

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir E.Tariverdiyeva /

"Nə Rusiya, nə də digər bir ölkə təklikdə Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında deyil", - Rusiyanın "Kommersant" qəzetinin baş redaktoru, politoloq Azər Mürsəliyev hesab edir.

"Dağlıq Qarabağ probleminin həlli məsələsində nikbin olmaq lazımdır, çünki bu gün heç bir dövlət, regionunda nə qədər qüdrətli olsa belə, müstəqil şəkildə, təkbaşına bu problemi həll edib ona təminat verməyə qadir deyil", - Trend -a Moskvadan telefonla Mürsəliyev deyib.

Aprelin 16-17-də Rusiyaya işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedyevlə Dağlıq Qarabağ münaqişəsini həlli yollarını müzakirə edib.

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda maksimal irəliləyişə nail olmaq istəyir", - jurnalistlərə Medvedyev Azərbaycan Prezidenti ilə görüşdən sonra deyib.

Mürsəliyevin sözlərinə görə, bu səfər və onun gedişində əldə olunmuş razılıqlar şübhəsiz ki, danışıq prosesinə mane olmayacaq. "Nəzəri cəhətdən münaqişənin həlli yolunda bəzi irəliləyiş mümkündür", - o deyib.

"Sülhməramlılıq - müasir dünyada rəqabət üstünlüklərini almaq yollarından biridir", - politoloq hesab edir. "Rusiya ABŞ-la razılığa gələ bilməyərək, sülh prosesini sürətləndirməyə çalışsa, istisna deyil ki, danışıq prosesinin qərb iştirakçıları tərəfindən hansısa problemlər üzə çıxa bilər", - o deyib. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti