...

Rusiya və Ermənistan prezidentləri iqtisadi məsələləri və Dağlıq Qarabağ probleminin nizamlanmasını müzakirə edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2009 16:15 (UTC +04:00)

Rusiya Prezidenti Dmitri Medvedyev ermənistanlı həmkarı Serj Sarkisyanla görüşündə iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və Dağlıq Qarabağ probleminin nizamlanması məsələlərini müzakirə etməyi planlaşdırır. Bu barədə RİA Novosti xəbər yayıb.

"Ümid edirəm ki, biz humanitar, regional əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və iqtisadi sahələrdə ikitərəfli münasibətləri müzakirə edə biləcəyik", - deyə Medvedyev Rusiyada işgüzar səfərdə olan Ermənistan Prezidenti ilə danışıqlar zamanı bildirib.

Rusiya dövlətinin rəhbəri bildirib ki, iki ölkə arasında "müntəzəm konstruktiv dostluq dialoqu" qurulub və onların ötən il Sarkisyan ilə altı dəfə, bu il isə artıq ikinci dəfə görüşdüyünü xatırladıb.

"Nə qədər tez-tez görüşsək, müəyyən məsələlər bir o qədər sadə şəkildə həll olunar", - deyə Medvedyev qeyd edib.

O, "bunun üçün lazımi mühitin olduğunu" qeyd edib. "Bizdə belə bir ənənə var: daha yaxın tərəfdaşları bura dəvət etmək (dövlət rəhbərinin şəhər ətrafı Zavidovda yerləşən iqamətgahına)", - deyə Rusiya Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti