...

Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan və yaralanan Azərbaycan əsgərlərinin şəxsiyyəti müəyyənləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2009 15:39 (UTC +04:00)

Azərbaycan, Bərdə, 18 may /   Trend , müxbir Ş.Cəliloğlu /

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun bir əsgəri şəhid olub, biri isə yaralanıb.

Trend -un bölgə müxbirinin verdiyi məlumata görə, ötən gecə Cəbrayıl rayonu Cocuqmərcanlı kəndi istiqamətində atəşkəsin pozulması nəticəsində Sumqayıt Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Rza Mehdiyev şəhid olub, Tovuz Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Elman Sadıqov isə yaralanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti