...

Azərbaycan XİN fransalı deputatın Dağlıq Qarabağa səfəri haqda məlumatı dəqiqləşdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2009 13:20 (UTC +04:00)
Azərbaycan XİN fransalı deputatın Dağlıq Qarabağa səfəri haqda məlumatı dəqiqləşdirir

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan XİN fransalı deputatın Dağlıq Qarabağa səfəri haqda məlumatı dəqiqləşdirir.

"Nazrilik Azərbaycanın Fransadakı səfirliyi vasitəsilə fransalı deputatın işğal olunmuş Dağlıq Qarabağa səfəri haqda məlumatı dəqiqləşdirir və məlumat təsdiqlənərsə müvafiq tədbirlər görəcək", - bazar ertəsi Trend -a Azərbaycan XİN nümayəndəsi Elxan Poluxov deyib.

"Fransa milli toplanışının deputatı, Fransa-Ermənistan dostluq qrupunun sədri Fransua Roşbluan "Dağlıq Qarabağ Respublikasına" gəlib", - erməni KİV "DQR" parlamentinə istinadən xəbər verir.

DQ milli toplanışının deputatları ilə fransalı deputat və onu müşayiət edən şəxslərin - Fransa-Ermənistan dostluq qrupunun katibi jan-Pyer Delanua və Fransanın Sen-Şamon şəhər şurasının üzvü Emmanuel Mandonla görüşü planlaşdırılır", - erməni KİV-in məlumatında deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti