...

Prezidentlərin sonuncu görüşündən sonra atılacaq addımların səmərəliliyi Ermənistanın mövqeyinin dəyişməsindən asılıdır - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2009 12:49 (UTC +04:00)
Prezidentlərin sonuncu görüşündən sonra atılacaq addımların səmərəliliyi Ermənistanın mövqeyinin dəyişməsindən asılıdır - Azərbaycan XİN

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan və Ermənistan prezidentlərin sonuncu görüşündən sonra atılacaq addımların səmərəliliyi Ermənistanın mövqeyinin dəyişməsindən asılıdır, bu barədə çərşənbə günü Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov  jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, Azərbaycan Ermənistandan özünün və regionun  maraqlarının inkişafı üçün addımların atılmasını gözləyir.  

"Bu addımlar ATƏT-in Mİnsk Qrupu tərəfindən irəli sürülən prinsiplərin razılaşdırılması zamanı yaranan problemlərin həll olunmasından ibarətdir", - Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi Əzimov bildirib.

Onun sözlərinə əsasən, Azərbaycan bu prinsiplər ilə razılaşır, lakin bəzi elementlər hələ ki, razılaşdırılmayıb.

"Azərbaycan Ermənistandan arzu edilən kompromisi hələ ki, görmür", - deyə Əzimov bildirib.

Onun sözlərinə əsasən, münaqişəni asanlıqla həll etmək olar, lakin bunun üçün Ermənistan tərəfdə dönüş vacibdir.

"Dönüş yalnız Ermənistanın öz mövqeyini strateji dəyərləndirməsi zamanı mümkündür", - deyə Əzimov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti