...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması il ərzində nəzərdə tutulan fəaliyyət planını təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2009 17:40 (UTC +04:00)
“İdarə Heyətinin iclasında icmanın daha aktiv fəaliyyətə başlaması ilə bağlı müzakirələr aparılıb”, - bazar ertəsi Trend News-a Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Əlaqələndirmə Şurasının rəhbəri Mehdi Abdullayev bildirib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması il ərzində nəzərdə tutulan fəaliyyət planını təsdiqləyib

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bu il ərzində nəzərdə tutulan fəaliyyət planını təsdiqləyib.

"İdarə Heyətinin iclasında icmanın daha aktiv fəaliyyətə başlaması ilə bağlı müzakirələr aparılıb", - bazar ertəsi Trend -a Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Əlaqələndirmə Şurasının rəhbəri Mehdi Abdullayev bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Abdullayevin sözlərinə görə, icmanın fəaliyyət planında beynəlxalq təşkilatlarla görüşlərin daha da intensivləşdirilməsi, icmanın internet saytının, eləcə də mətbu orqanının təsis olunması nəzərdə tutulur. "Biz müxtəlif xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə, diaspor təşkilatları ilə görüşləri də nəzərdə tuturuq", - Əlaqələndirmə Şurasının rəhbəri əlavə edib.

Trend -un arayışı: İyunun 5-də Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk qurultayı keçirilib. Qurultayda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi yenidən formalaşdırılaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi adlandırılıb. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qurultayda icmanın rəhbəri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti