...

Azərbaycan və Türkiyənin ABŞ-dakı diaspor təşkilatları ABŞ Prezidentinə məktubla müraciət ediblər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Avqust 2009 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir E.Ostapenko /

Azərbaycan və Türkiyənin ABŞ-dakı diaspor təşkilatları ABŞ Prezidenti Barak Obamaya məktubla müraciət ediblər. Bu barədə Azərbaycan-Amerika Şurasından redaksiyaya daxil olan məktubda deyilir. Məktubda qeyd olunur ki, Gürcüstan və Rusiya arasında ötən il baş verən müharibə Sovet İttifaqının süqutundan sonra iyirmi ildən artıqdır ki, davam edən, həll olunmayan münaqişələr səbəbindən Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün təhlükə olduğunu bir daha göstərdi. Bu yaxınlarda bəzi iranlı məmurlar Azərbaycanı İsrail Prezidenti Şimon Peresi Bakıda qəbul etdiyi üçün açıq şəkildə hədələdilər, müraciətdə deyilir. Bundan savayı, BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin 1993-cü ildən etibarən işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması və işğalın dayandırılmasını tələb edən dörd qətnaməsi bir milyondan çox məcburi köçkün və qaçqın üçün çox az iş görə bilib. Bunların hamısı beynəlxalq hüquqa və insan haqlarına əsaslanan davamlı sülhün və ya öncə qeyd etdiyiniz kimi, "Dağlıq Qarabağ münaqişəsinin uzunmüdətli və tam nizamlanması"nın əldə olunmasını təxirəsalınmaz edir, - məktubda deyilir.

Cənubi Qafqaz qlobal strateji məkan kimi böyük inkişaf və tərəqqi perspektivlərinə malikdir. Bununla yanaşı regional potensial Azərbaycan və Ermənistan arasında iyirmi illik münaqişə ilə pozulub. Ermənistanın inkişafı böyük regional layihələrdən özünü təcrid etməsi nəticəsində iflic olub. Bir milyondan çox erməni gücü olmayan hökumət  və zəif iqtisadiyyat səbəbindən Ermənistanı tərk edib. Dağlıq Qarabağ regionunun və digər işğal olunmuş rayonların azərbaycanlı əhalisi etnik təmizləmə, bir yerdən başqa bir yerə keçmə, şəxsi və mədəni mülkiyyətinin məhv edilməsi nəticəsində əziyyət çəkib, Dağlıq Qarabağ erməniləri isə qeyri-müəyyən iqtisadi və siyasi vəziyyətdə yaşayırlar.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı bir çox istiqamətlərdə baha başa gəldi. Münqaişənin uzunmüddətli və tam həlli Cənubi Qafqazda böyük müsbət dəyişikliklərə səbəb olacaq. Azərbaycan-Gürcüstan əməkdaşlığı tərəflər regional inkişafın xeyrinə çalışdığı təqdirdə hansı nəticələrin əldə oluna biləcəyini artıq göstərdi, müraciətdə deyilir. Ermənistan rəhbərliyi məhsuldar praqmatizm nümayiş etdirərsə, bu, millətin regionun iqtisadi və demokratik gələcəyinə inteqrasiyasına kömək edəcək və sülhün bərpa olunması və Ermənistan xalqının tərəqqisi üçün şərait yaradacaq.

Məktubda deyilir ki, bu, kommunikasiya və sərhədlərin, o cümlədən Ermənistanın təcavüzü və Dağlıq Qarabağ regionunun hüdudlarından kənarda olan Azərbaycan rayonu Kəlbəcərin 1993-cü ildə işğal edilməsi ilə əlaqədar bağlanmış Ermənistan-Türkiyə sərhədlərinin açılması deməkdir. Uzunmüddətli sülh ABŞ-ın maraqlarına cavab vermiş olar, belə ki, ona sadiq dostların lazım olduğu strateji cəhətdən əhəmiyyətli regionda stabilliyi təmin edir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün Xəzərin karbohidrogen resurslarının əhəmiyyəti artır, Cənubi Qafqaz nəqliyyat dəhlizi Əfqanıstana giriş üçün əsas kanal kimi xidmət edir. Bu regionda uzunmüddətli sülh prioritet olaraq qalır.

Bununla da Azərbaycan-Amerika və Türkiyə-Amerika icmaları adından ABŞ-ın Ermənistan və Azərbaycan arasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və 1975-ci ilin Helsinski son aktına əsaslanan səylərinin fəallaşmasına sizin münasibətinizi dəstəkləyirik. Bir sıra milli və dini  səbəblərdən əvvəllər sülh səylərinin boşa çıxmasına nail ola bilən və sülhə qarşı çıxan maraqlı tərəflərdən böyük təzyiqlər göstərilməsinə baxmayaraq, biz Cənubi Qafqazda Amerika konsepsiyasının milli maraqlara və regionda strateji tərəfdaşlarla münasibətlərə əsaslandığına ümid edirik, məktubda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti