...

Qardaş Türkiyə Azərbaycanın maraqlarına zidd olan addımlar atmamalıdır – Azərbaycanın hakim partiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2009 11:59 (UTC +04:00)
"Biz Türkiyənin Baş Nazirinin Azərbaycan Parlamentində Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə və Ermənistan arasındakı sərhədlərin açılmayacağı barədə bəyanatına hörmətlə yanaşırıq", - şənbə günü jurnaslitlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib.
Qardaş Türkiyə Azərbaycanın maraqlarına zidd olan addımlar atmamalıdır – Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın hakim partiyası hesab edir ki, qardaş Türkiyə Azərbaycanın maraqlarına zidd olan addımlar atmamalıdır.

"Biz Türkiyənin Baş Nazirinin Azərbaycan Parlamentində Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə və Ermənistan arasındakı sərhədlərin açılmayacağı barədə bəyanatına hörmətlə yanaşırıq", - şənbə günü jurnaslitlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib.

"Biz ümid edirik ki, Türkiyə və Ermənistan arasında danışıqlar çərçivəsində Dağlıq Qarabağ problemi müzakirə edilən məsələlər arasında ən mühümü olacaq", - Əhmədov deyib.

Bazar ertəsi axşam Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi konsultasiyalar"a başlanılması barədə razılaşma əldə olunub.

Siyasi konsultasiyaların altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və iki ölkənin parlamentinə təsdiqlənməsi üçün təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir.

"Türkiyə hazırda qonşu Ermənistan ilə sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti