...

Dağlıq Qarabağ haqqında toplu ABŞ Konqresinin kitabxanasına qəbul edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2009 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir C.Babayeva/ Qarabağ Azadlıq Təşkilatının (QAT) iki cilddən ibarət ingilis dilində nəşr etdirdiyi "Qarabağ dünən, bu gün və sabah" toplusu ABŞ Konqresinin kitabxanasının monoqrafiyalar şöbəsinə qəbul edilib.

Kitabxananın şöbə rəhbəri Bricit Cenkinsin QAT-a ünvanladığı rəsmi məktubda toplumun qeydiyyat nömrəsi göstərilib. Nəşrlər küçmiş bakılı, hazırda ABŞ-ın Florida ştatında yaşayan tanınmış publisist Feliks Sersvadzenin təşəbbüsü ilə kitabxanaya yerləşdirilib, Trend -un məlumatına görə, bu barədə bazar ertəsi QAT-ın yaydığı məlumatda bildirilib.

"Qarabağ dünən, bu gün və sabah" toplusu Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə tərcümə və nəşr edilib. Topluda Azərbaycanın tanınmış tarixçi, hüquqşünas, politoloq və digər sahələr üzrə ekspertlərinin 80-dən artıq məqaləsi yer alıb. Bu məqalələrdə Qarabağın tarixi, mədəniyyəti, erməni işğalının başlanması və nəticələri, erməni terrorçuluğu və təcavüzkarlığı, münaqişənin həlli yolları və digər məsələlərə dair obyektiv məlumatlar verilir, münasibət bildirilir.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti