Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 22-də saat 23.00-dan 23.20-dək Füzuli rayonunun Aşağı Əbdürəhmanlı, Horadiz və sentyabrın 23-də saat 04.30-dan 04.50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.