...

Azərbaycan Türkiyə hökumətinin bəyanatlarının ciddiliyinə əmindir – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2009 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycan xalqı və hökuməti Türkiyə Prezidentinin, Baş nazirin, xarici işlər nazirinin və parlament spikerinin Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin açılmasının qeyri-mümkünlüyü haqqında bəyanatlarının ciddiliyinə əmindir. Trend -a Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov bildirib.

Bu bəyanatla Həşimov Türkiyənin Böyük Birlik Partiyasının başçısı Yalçın Topçu ilə görüşdə, onun Ermənistan-Türkiyə protokolunda Azərbaycanın maraqlarının gözlənilməməsi barədə sözünə cavab olaraq bildirib.

"Topçunun bu cür bəyanatın səbəbi protokolda Qarabağ mövzusuna toxunulmaması ilə bağlıdır", - Ankaradan telefonla səfir Həşimov bildirib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan əvvəlcə Trend agentliyinə müsahibəsində bildirib ki, Türkiyə və Ermənistanın xaric işlər nazirləri oktyabrın 10-u, ya da 11-də görüşəcəklər və ilkin sənəd imzalanacaq. "Xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən iki protokol imzalanacaq, sənədlərin mətnləri razılaşdırılıb və beynəlxalq səviyyədə ciddi irəliləyiş kimi qəbul edilib", - Baş nazir əlavə edib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyənin Ermənistan ilə münasibətləri bərpa etmək cəhdləri "qardaş Azərbaycana qarşı yönəlməyib".

"Biz Azərbaycanın maraqlarına zidd olan addıma razı olmayacağıq. Biz razılığın qəbul olunması prosesini tezləşdirə bilərik, lakin bu, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olacaq", - Ərdoğan müsahibəsində bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti