...

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Moldovada üçtərəfli görüş keçirəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2009 15:00 (UTC +04:00)
RF Prezidenti Dmitri Medvedev Moldovaya səfəri zamanı Ermənistan və Azərbaycan prezidentləri ilə üçtərəfli görüş keçirəcək, bu barədə jurnalistlərə çərşənbə günü RF Prezidentinin mətbuat katibi Natalya Timakova bildirib.
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Moldovada üçtərəfli görüş keçirəcəklər

RF Prezidenti Dmitri Medvedev Moldovaya səfəri zamanı Ermənistan və Azərbaycan prezidentləri ilə üçtərəfli görüş keçirəcək, bu barədə jurnalistlərə çərşənbə günü RF Prezidentinin mətbuat katibi Natalya Timakova bildirib.

Bununla yanaşı, RİA Novosti-yə Prezident Administrasiyasındakı mənbəninin verdiyi xəbərə görə, "bu görüşdən heç bir irəliləyiş gözlənilmir, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində növbəti addımdır".

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü oktyabrın 8-də Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində keçiriləcək.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın iyulun 17-18-də Moskvada keçirilən sonuncu görüşü sayca altıncı görüş olub. Prezidentlərin əvvəlki danışıqları iyunun 4-də Sankt-Peterburqda baş tutub. Həmin görüş Qarabağ münaqişəsinin nizamlanması üzrə prezidentlər arasında yüksək səviyyədə keçirilən beşinci görüş olub. Ondan əvvəlki görüş mayın 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci görüş 2008-ci ilin noyabr ayının sonunda Moskvada, üçüncü görüş isə Sürixdə bu il yanvar ayının 28-də baş tutub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti