...

Ankara-Yerevan protokolu Azərbaycanı küsdürüb - Türkiyə müxalifətinin lideri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2009 13:01 (UTC +04:00)
Türkiyənin müxalif Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli Türkiyə-Ermənistan protokollarına münasibət bildirərək, Ankara-Yerevan protokolunun Azərbaycanı küsdürdüyünü bildirib.
Ankara-Yerevan protokolu Azərbaycanı küsdürüb - Türkiyə müxalifətinin lideri

Türkiyənin müxalif Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli Türkiyə-Ermənistan protokollarına münasibət bildirərək, Ankara-Yerevan protokolunun Azərbaycanı küsdürdüyünü bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"Ankara-Yerevan protokolu Azərbaycanı küsdürüb", - deyə o qeyd edib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Bahçelinin sözlərinə görə, Türkiyə protokolları imzalamaqla Azərbaycanı aldadıb.

"Təəssüf olsun ki, Ermənistanı qazanmaq üçün AKP Azərbaycanla olan əlaqələrimizi uçuruma aparıb", - deyə o qeyd edib.

Bahçeli onu da deyib ki, Bursada Ermənistan-Türkiyə matçında Azərbaycan bayrağının qadağan edilməsi AKP-nin düşüncəsinin məhsuludur.

Bahçeli bildirib ki, Türkiyə yalnız AKP-dən ibarət deyil və bu hakimiyyət bu gün var, amma sabah olmaya bilər.

"AKP-nin etdiyi səhvlər Azərbaycan-Türkiyə əlaqələrinə xələl yetirməməlidir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti