...

Türkiyə Parlamentinin deputatları oktyabrın 27-də Azərbaycana səfərə gələcəklər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2009 15:31 (UTC +04:00)
"Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Murad Mərcanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyənin hakim Ədalət və İnkişaf, eləcə də müxalifətdə olan Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının deputatlarının təmsil olunacağı gözlənilir", - bazar ertəsi Trend News-a Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun həmsədri Nizami Cəfərov bildirib.
Türkiyə Parlamentinin deputatları oktyabrın 27-də Azərbaycana səfərə gələcəklər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir A.Hüseynbala/

RED. əlavə: Sonuncu iki abzas əlavə olunub

Türkiyə Parlamentinin deputatları oktyabrın 27-də Azərbaycana səfərə gələcəklər.

"Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Murad Mərcanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyənin hakim Ədalət və İnkişaf, eləcə də müxalifətdə olan Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının deputatlarının təmsil olunacağı gözlənilir", - bazar ertəsi Trend -a Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun həmsədri Nizami Cəfərov bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Cəfərovun sözlərinə görə, Türkiyə parlamentarilərinin azərbaycanlı həmkarları ilə görüşləri oktyabrın 28-dən başlayacaq. "Görüşlərdə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə Parlamentində ratifikasiyasının qarşısının alınması əsas müzakirə mövzusu olacaq. Parlamentarilər son vaxtlar Türkiyə ilə Azərbaycan arasında yaranan bayraq qalmaqalı ətrafında da fikir mübadiləsi aparacaqlar", - millət vəkili əlavə edib.

Türkiyənin Azərbaycandakı səfirliyindən Trend -a bildirilib ki, nümayəndə heyətinə Murad Mərcandan əlavə, Mehmet Çerçi, Deniz Bölükbaşı, Zeynəb Dağı, Sevzi Şanverdi, Abdulla Çalışqan, Şaban Dişli və Şenol Bal daxildir.

Nümyəndə heyəti səfər çərçivəsində Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində görüş keçirəcək, Atatürk Mərkəzində olacaqlar. Türkiyəli parlamentarilərin Azərbaycan Prezidenti İlham Əliyevlə və Xarici İşlər Nazirliyində görüşləri gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti