...

Yenilənmiş Madrid prinsiplərinin tərəflərə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil - Yuri Merzlyakov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2009 19:06 (UTC +04:00)
Yenilənmiş Madrid prinsiplərinin tərəflərə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil. Bu barədə rusiyalı həmsədr Yuri Merzlyakov Moskvadan telefonla Trend News-a deyib.
Yenilənmiş Madrid prinsiplərinin tərəflərə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil - Yuri Merzlyakov

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir E.Tariverdiyeva/

Yenilənmiş Madrid prinsiplərinin tərəflərə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil. Bu barədə rusiyalı həmsədr Yuri Merzlyakov Moskvadan telefonla Trend -a deyib.

"Yenilənmiş Madrid prinsipləri Krakovdakı görüşdən sonra hazırlanıb, lakin yüksək səviyyəli yeni görüşlərdən sonra biz Madrid sənədində dəyişiklik etməyə məcbur oluruq. Buna görə də yenilənmiş Madrid sənədinin tərəflərə nə zaman təqdim ediləcəyi hələlik məlum deyil", - Merzlyakov deyib.

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri gələn həftə olacaq", - Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti