...

ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində özünün aparıcı rolunu saxlamalıdır - BMT Baş katibinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2009 11:41 (UTC +04:00)
ATƏT Cənubi Qafqazda, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində özünün aparıcı rolunu saxlamalıdır, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Con Holms belə hesab edir.
ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində özünün aparıcı rolunu saxlamalıdır - BMT Baş katibinin müavini

ABŞ, Vaşinqton, 13 noyabr / Trend , müxbir N.Boqdanova /

ATƏT Cənubi Qafqazda, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində özünün aparıcı rolunu saxlamalıdır, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Con Holms belə hesab edir.

"Güman edirəm ki, hər bir uzun sürən danışıqların dondurulması adi proses deyil, lakin Dağlıq Qarabağ münaqişəsinə dair son zamanlar bəzi canlanmalar müşahidə olunur və bu ümid verir", - Holms bildirib.

O, ATƏT-in Minsk Qrupu tərəfindən təklif edilən taktika və prinsipləri dəstəklədiyini bildirib. Holmsun fikrincə, ATƏT-in Minsk Qrupu daha səmərəli olmalıdır.

"Baxmayaraq ki, bu proses həm Azərbaycan, həm də Ermənistan üçün çətin olacaq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hər iki ölkənin marağındadır", - Holms bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti