...

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan yaxınlaşması arasında formal əlaqə yoxdur - İsveçrənin xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2009 11:05 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma prosesi arasında formal əlaqə yoxdur. Bu fikirləri cümə axşamı Trend News-a eksklüziv açıqlamasında İsveçrənin xarici işlər naziri və AŞ Nazirlər Komitəsinin yeni sədri Mişlin Kalmi-Rey (Micheline Calmy-Rey) Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların indiyədək ratifikasiya edilməməsinə münasibət bildirərkən deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan yaxınlaşması arasında formal əlaqə yoxdur - İsveçrənin xarici işlər naziri

Fransa, Strasburq, 19 noyabr / Trend , müxbir A.Məhərrəmli/

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan yaxınlaşması arasında formal əlaqə yoxdur Bu fikirləri cümə axşamı Trend -a eksklüziv açıqlamasında İsveçrənin xarici işlər naziri və AŞ Nazirlər Komitəsinin yeni sədri Mişlin Kalmi-Rey (Micheline Calmy-Rey) Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların indiyədək ratifikasiya edilməməsinə münasibət bildirərkən deyib.

Trend -un arayışı:
Oktyabrın 10-da Ankara-Yerevan protokolu İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub.

"Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Oktyabrın 10-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə mətbuatına verdiyi açıqlamada ölkəsinin Azərbaycanın maraqlarına heç vaxt zidd addım atmayacağını bildirib.

İsveçrənin XİN rəhbəri onu da qeyd edib ki, yaxınlaşma prosesində iki ölkə, iki tərəf oktyabr ayında Sürixdə imzalanan protokolları ratifikasiya etməlidir.

"Biz həm Ermənistanın, həm də Türkiəynin tez bir zamanda bu ratifikasiya prosesini həyata keçirməsinə ümid edirik. Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma prosesi arasında formal əlaqə yoxdur", - deyə o qeyd edib.

Onun sözlərinə görə, hər iki proses paralel, lakin müstəqil şəkildə aparılan proseslərdir.

"Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Digər proses isə İsveçrənin vasitəçiliyi ilə Türkiyə-Ermənistan arasındakı münasibətləri normallaşdırmağı nəzərdə tutan prosesdir", - deyə Kalmi-Rey bildirib.

Nazir ratifikasiya prosesinin tez bir zamanda həyata keçirilməsinə ümid etdiyini qeyd edib.

"Ümid edirik ki, ratifikasiya prosesi tez bir zamanda həyata keçiriləcək. Hər iki proses formal olaraq əlaqəli deyil. Əlbəttə ki, bir prosesdə əldə edilən irəliləyişlər digər prosesdə də müsbət inkişafın, irəliləyişin olmasını ruhlandıra və sürətləndirə bilər", - deyə o qeyd edib.

Noyabrın 18-də AŞ Nazirlər Komitəsinə sədrlik Sloveniyadan İsveçrəyə keçib. Səlahiyyətlərin ötürülməsi mərasimindən sonra AŞ Baş katibi Torbyorn Yaqland, Sloveniyanın xarici işlər naziri Samuel Zboqar və İsveçrənin xarici işlər naziri və AŞ Nazirlər Komitəsinin sədri Mişlin Kalmi-Reyin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti