...

Azərbaycanın birinci vitse-spikeri beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinə münasibətdə hərəkətsizlikdə ittiham edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2009 12:39 (UTC +04:00)
Azərbaycan Milli Məclisi (Parlament) sədrinin birinci müavini Ziyafət Əsgərov beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinə münasibətdə hərəkətsizlikdə ittiham edir.
Azərbaycanın birinci vitse-spikeri beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinə münasibətdə hərəkətsizlikdə ittiham edir

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir E.Ostapenko /

Azərbaycan Milli Məclisi (Parlament) sədrinin birinci müavini Ziyafət Əsgərov beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinə münasibətdə hərəkətsizlikdə ittiham edir.

"Bu gün beynəlxalq hüquq işləmir. Əgər o, işləsəydi, Dağlıq Qarabağ münaqişəsi həll edilərdi", - Əsgərov cümə günü Bakıda keçirilən "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" mövzusundakı beynəlxalq konfransda bidlirib.

"Kimsə beynəlxalq hüquq və beynəlxalq normaların problemi həll edə biləcəyini düşünürsə, o zaman yanılır. Yalnız Azərbaycan və onun ordusu bu problemi həll edə bilər. Minsk Qrupu bütün fəaliyyəti ərzində heç bir şey edə bilmədi. Problemin həlli yalnız Azərbaycanın iradəsindən və ordusundan asılıdır", - Parlamentin birinci vitse-spikeri bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti