...

"Euronews" telekanalının baş redaktoru Azərbaycan əleyhinə süjetin nümayiş etdirilməsi ilə əlaqədar mindən çox etiraz məktubu alıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2009 18:08 (UTC +04:00)
"Euronews" telekanalının baş redaktoru Piter Barbas etiraf edir ki, bu süjetin göstərilməsi ilə əlaqədar Azərbaycan tərəfindən belə reaksiya gözləmirdi. "Euronews" kanalındaMikael Rayhmanın Qarabağ müharibəsi hadisələrinin tamamilə birtərəfli şəkildə izah edildiyi "Dağlıq Qarabağ - dəyişik külək" reportajı yayımlandıqdan sonra baş redaktor Azərbaycandan mindən çox etiraz məktubu alıb.
"Euronews" telekanalının baş redaktoru Azərbaycan əleyhinə süjetin nümayiş etdirilməsi ilə əlaqədar mindən çox etiraz məktubu alıb

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir M.Əliyev/

"Euronews" telekanalının baş redaktoru Piter Barbas etiraf edir ki, bu süjetin göstərilməsi ilə əlaqədar Azərbaycan tərəfindən belə reaksiya gözləmirdi. "Euronews" kanalında Mikael Rayhmanın Qarabağ müharibəsi hadisələrinin tamamilə birtərəfli şəkildə izah edildiyi "Dağlıq Qarabağ - dəyişik külək" reportajı yayımlandıqdan sonra baş redaktor Azərbaycandan mindən çox etiraz məktubu alıb. Bu barədə baş redaktor Lionda "İrəli" İctimai Gənclər Birliyinin fəallar qrupu ilə kanalın mənzil-qərargahındakı görüşü zamanı deyib. "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı cümə günü Trend -a məlumat verib.

"Azərbaycanlı fəalların Araz Bayramlı, Mirvari Fətəliyeva, Vurğun Ağazadə və Elnur Məcidlinin Barabasla görüşü 1 saat davam edib", - Osmanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi statistikanın təhrif edilməsi, Azərbaycan tərəfinin mövqeyinin olmaması və beynəlxalq hüquq prinsiplərinin pozulması ilə əlaqədar olaraq etirazını bildirib.

Azərbaycanlı fəallar materialın adının tərcüməsində də səhv olduğunu göstəriblər. Belə ki, süjetin ingilis redaksiyası "dəyişik külək" kimi göstərilirsə, fransızca "dünyaya qarşı" ifadəsi istifadə edilib.

"Barabas məsələ ilə yerində tanış oldu və fransız redaksiyasına süjetin adının dəyişdirilməsini tapşırdı", - Osmanlı deyib.

Fransanın 7 şəhərindən olan 40-dan çox insan cümə günü Lionda Azərbaycan əleyhinə reportaja qarşı etiraz aksiyası keçirib. Aksiya "Euronews" telekanalının ofisi qarşısında başlayıb və Lionun mərkəzi küçələrində davam edib.

"Euronews" kanalında Mikael Rayhmanın "Dağlıq Qarabağ - dəyişik külək" reportajı yayımlanıb. Reportajda Qarabağ müharibəsinin hadisələri tamamilə birtərəfli şəkildə izah edilir.

Həmin proqramda Dağlıq Qarabağ "müstəqil dövlət", qondarma qurumun rəhbəri Bako Saakyan isə bu "dövlətin prezidenti" kimi təqdim olunub. Bütün beynəlxalq sənədlərdə və nüfuzlu dünya təşkilatlarında Azərbaycanın ərazisi sayılan, Ermənistanla heç bir coğrafi əlaqəsi olmayan Dağlıq Qarabağ Ermənistanın "ürəyi" adlandırılıb.

Xəbər lenti

Xəbər lenti