...

Ankara ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün ən qısa zamanda yol tapacağını gözləyir - Türkiyə XİN-in şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2009 15:49 (UTC +04:00)
Türkiyə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müəyyən olunmuş çərçivədə ən qısa zamanda yol tapacağını gözləyir. Bu barədə Türkiyə XİN-in Avrasiya şöbəsinin rəhbəri Mehmet Fatih Ceylan Trend News-a deyib.
Ankara ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün ən qısa zamanda yol tapacağını gözləyir - Türkiyə XİN-in şöbə müdiri

Türkiyə, Mardin, 12 dekabr / Trend , müxbir Ü.Sadıxova/

Türkiyə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müəyyən olunmuş çərçivədə ən qısa zamanda yol tapacağını gözləyir. Bu barədə Türkiyə XİN-in Avrasiya şöbəsinin rəhbəri Mehmet Fatih Ceylan Trend -a deyib.

Ceylanın sözlərinə görə, Minsk qrupunun işində son zamanlar dinamika var, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Afinadakı görüşü də bunu göstərir. "Biz görürük ki, Minsk qrupu daha fəal olmağa başlayır. Biz də Azərbaycanla eyni vaxtda bu istiqamətdə işləyirik", - Türkiyə XİN-in şöbə rəhbəri deyib.

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə artıq bir addım atıb və bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri də görüblər. "2008-ci ildə Rusiya və Gürcüstan arasındakı münaqişə regionda təhlükəsizliyi böyük təhlükə altına atdı və dondurulmuş münaqişələrin yenidən hərbi əməliyyatlara başlaması təhlükəsini yaratdı. Və heç kəs buna göz yuma bilməz. Regionda yeni baş verən münaqişələrin vaxtında qabağının alınması və özünümüdafiə üçün region ölkələrinin hər birinə dəstək göstərmək lazımdır", - diplomat hesab edir.

"Daim nəzərə almaq lazımdır ki, iki ölkə (Türkiyə və Azərbaycan) xalqı həmişə qardaş olub, bizim heç bir addımımız Azərbaycanın maraqlarının əksinə yönəlməyib. Bizim atdığımız və atacağımız hər bir addım qardaş Azərbaycan xalqının maraqlarını nəzərə alacaq", - Ceylan deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə təşəbbüs göstərir (Ermənistan-Türkiyə protokolları), bu, böyük prosesdir və Azərbaycanın maraqlarına cavab vermək məqsədilə başlayıb. "Biz ümid edirik ki, Azərbaycan xalqı bu proseslərdən öz maraqları üçün istifadə edəcək", - Ceylan deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfibu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti