...

ABŞ və Rusiya münasibətlərinin "yenidən yüklənməsi" Cənubi Qafqazda stabilliyin bərpa olunmasına kömək etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2010 12:39 (UTC +04:00)
ABŞ və Rusiya münasibətlərinin "yenidən yüklənməsi" Cənubi Qafqazda stabilliyin bərpa olunmasına kömək etməlidir. Bu barədə ABŞ-ın keçmiş SSRİ-dəki səfiri Cek Metlok (Jack Matlock) hesab edir.
ABŞ və Rusiya münasibətlərinin "yenidən yüklənməsi" Cənubi Qafqazda stabilliyin bərpa olunmasına kömək etməlidir

ABŞ, Vaşinqton, 08 fevral / Trend , müxbir N.Boqdanova/

ABŞ və Rusiya münasibətlərinin "yenidən yüklənməsi" Cənubi Qafqazda stabilliyin bərpa olunmasına kömək etməlidir. Bu barədə ABŞ-ın keçmiş SSRİ-dəki səfiri Cek Metlok (Jack Matlock) hesab edir.

"ABŞ və Rusiya münasibətlərinin "yenidən yüklənməsi" Cənubi Qafqazda stabilliyin bərpa olunmasına kömək etməlidir. "Lakin bu ABŞ-dan çox, region ölkələrindən, ən çox Rusiyadan asılı olacaq", - Prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş xüsusi köməkçisi və 1983-cü ildən 1986-cı ilədək ABŞ Milli Təhlükəsizlik Şurasının (National Security Council Staff) Avropa və SSRİ şöbəsinin rəhbəri olmuş Metlok Trend -a bildirib.

ABŞ Ağ Ev administrasiyasının əvəzlənməsi və Prezident Obamanın hakimiyyətə gəlişi Moskva və Vaşinqton münasibətlərinə istilik gətirib. İki ölkə liderləri diplomatik "yenidən yüklənmə"haqqında danışıblar və məhsuldar dialoq aparmaq niyyətindədirlər. Belə ki, Barak Obama sentyabrda bildirib ki, ABŞ Şərqi Avropada Raket Əleyhinə Sistemin elementlərinin yerləşdirilməsindən imtina edib. Eyni zamanda Dmitri Medvedev isə deyib ki, Rusiya zərurət olarsa, ABŞ-ın İrana qarşı tətbiq etməyə başladığı sanksiyaya dəstək verməyə hazırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Metlokun sözlərinə görə, ümumi strateji maraqları cəmləşdirərək, ABŞ və Rusiya Xəzər-Qaradəniz regionunda geosiyası rəqabətdən yaxa qurtara bilər və bununla da regionda sülh maraqlarına xidmət edər.

"Çox pisdir ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməyib, lakin ermənilər və azərbaycanlılar "doğma yerdlarında sülhcəsinə yaşaya bimələri üçün bütün millətlərin nümayəndələrinə şərait yaratmaqla" bunu həll edə bilərlər", - Metlok deyib.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ sülh prosesinə təsirini qiymətləndirərək amerikalı diplomat deyib ki, "siyası liderlərin gələcəyə baxacağı, düşmənçilik və keçmiş xurafatdan yan keçəcəyi təqdirdə regiona sülh gələcək".

Keçmiş səfir həmçinin daha bir problemə toxunub.

"Mən hesab etmirəm ki, Gürcüstan öz milli azlıqlarına qarşı güc tətbiq etməkdən çəkinərsə və diqqətini öz hərbi qüvvəsini yenidən bərpa etməyə deyil, öz iqtisadiyyatını qurmağa cəmləşdirərsə, Rusiya Gürcüstana təhdid edəcək", - Metlok deyib.

2008-ci il 8 avqust gecəsi tanınmamış Cənubi Osetiya Respublikasında genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Sxinvaliyə daxil olublar. Sonra rus qoşunları şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqust ayının sonunda Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Gürcüstan Moskva ilə diplomatik əlaqələri kəsib.

Xəbər lenti

Xəbər lenti