...

Dağlıq Qarabağ üzrə danışıqlarda Qazaxıstanın rolu müsbət olsa da həlledici olmayacaq - ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2010 09:00 (UTC +04:00)
Dağlıq Qarabağ üzrə danışıqlarda Qazaxıstanın ATƏT sədri kimi rolu müsbət olsa da həlledici olmayacaq. Ekspertlər belə hesab edir.
Dağlıq Qarabağ üzrə danışıqlarda Qazaxıstanın rolu müsbət olsa da həlledici olmayacaq - ekspertlər

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağ üzrə danışıqlarda Qazaxıstanın ATƏT sədri kimi rolu müsbət olsa da həlledici olmayacaq. Ekspertlər belə hesab edir.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Astana üçün hədəf ola bilər, - azərbaycanlı politoloq Tofiq Abbasov Trend -a deyib, - Bu, onun siyasi ambisiyalarına cavab verir. Qazaxıstan qətiyyətli mövqedə duran bir ölkədir".

ATƏT-in fəaliyyətdə olan sədri Qazaxıstanın XİN-in rəhbəri Kanat Saudabayev regional səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Qazaxıstan üçün prioritet olduğunu qeyd edərək, 2010-cu ilin irəliləyiş ili olacağına ümidvar olduğunu bildirmişdi.

Saudabayevin sölərinə görə, Qazaxıstan bu regiona xüsusi əhəmiyyət verir və burada yerləşən ölkələrin qarşılaşdıqları bir sıra ağır problemlərin həllində beynəlxalq kömək göstərir".

"Biz xalqlarımızın tarixi yaxınlığı və mentalitetinin bənzərliyindən, dövlət başçıları Nursultan Nazarbayev və İlham Əliyev arasında xoş və etibarlı münasibətlərdən "uzun sürən münaqişə"nin sülh yolu ilə həllində mümkün irəliləyişə nail olmaq üçün istifadə etməyə çalışırıq", - Saudabayev Bakıya səfəri zamanı deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Müşahidəçilər ATƏT sədri kimi Qazaxıstana ümid bəsləyir, o da münaqişənin nizamlanmasında vasitəçi kimi çıxış edə bilər.

Qazaxıstanın münaqişənin nizamlanmasındakı rolu nəticə xarakteri daşıya bilər və buna bir neçə səbəb var. Abbasov belə hesab edir.

"Birincisi, Qazaxıstan münaqişədə olan tərəflərlə bərabər əlaqələrə malikdir", - "Lider-TV" analitik qrupunun eksperti Abbasov Trend -a deyib.

Onun sözlərinə görə, ikincisi, bu ölkə regionaldır və vasitəçilik missiyası üçün ATƏT-in həmsədr üçlüyündən daha böyük əsaslara sahibdir.

Qazaxıstanlı ekspert Dosım Satpayevin sözlərinə görə, Qazaxıstan MDB-də müəyyən güclü mövqeyə malikdir, belə ki, MDB-yə daxil olan bir çox ölkələrlə, o cümlədən Ermənistan və Azərbaycan kimi gizli münaqişə vəziyyətində olan ölkələrlə kifayət qədər sıx əlaqələri var. "Qazaxıstanın Yerevanla kifayət qədər yaxşı əlaqələri var", - Qazaxıstanın Risklərin qiymətləndirilməsi qrupunun direktoru Satpayev Astanadan telefonla Trend -a deyib.

"Qazaxıstanın Azərbaycanla da münasibətləri pis deyil, belə ki, onlar Xəzər dənizi ilə qonşudurlar", - ekspert belə hesab edir.

Ekspert ölkənin sədrliyinin bu problemin həllində hər hansı şəkildə əks olunacağına şübhə ilə yanaşır.

Satpayevin sözlərinə görə, Qazaxıstan vasitəçi rolunda yaxşıdır, çünki vasitəçi rolunu müəyyən neytral mövqeyə sahib olan ölkələr oynaya bilər. Qazaxıstan eyni zamanda bu və ya digər tərəflə ümumi stol arxasına əyləşməyə cəhd edə bilər. Lakin belə bir sual yaranır: Azərbaycan və Ermənistan buna nə dərəcədə hazırdırlar?

"Dağlıq Qarabağ üzrə daha nüfuzlu qrup işləyir. Buna görə də düşünürəm ki, Qazaxıstanın bir il ərzində çətin ki, bu problemi həll etmək və onu ölü nöqtədən qaldırmaq üçün imkanı və potensialı ola", - Satpayev deyib. Qazaxıstanın bu sahədə daha az resursu və təcrübəsi var. Bu problem o qədər prinsipial və zərifdir ki, onun bir həmlə ilə həll etmək olmaz".

Avropalı ekspert Maykl Emerson da bu fikri dəstəkləyir. Onun fikrincə, ABŞ, Rusiya, Fransanın başçılığı ilə ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistanla birgə sülh həllinə gəlmək üçün çox çalışıblar, lakin hələ ki, tərəflər bu münaqişənin həllinə yaxınlaşmayıblar.

"Qazaxıstan özünü vasitəçi kimi təqdim etsə də sədrin nizamlanma işindəki rolu o qədər də güclü deyil. Hər halda onun rolu ATƏT-in Minsk qrupunun rolundan böyük deyil. Avropa siyasi araşdırmalar mərkəzinin direktoru, "Avropa yaxşıqonşuluğu, xarici siyasət və təhlükəsizlik siyasəti" proqramının direktoru Emerson Brüsseldən telefonla Trend -a deyib.

Onun sözlərinə görə, Qazaxıstanın həmsədrliyi, şübhəsiz, ATƏT-in Minsk Qrupunun fəaliyyəti haqqında məlumatlandırıla və problemi bütün tərəflərlə müzakirə edə bilər." Lakin mən Qazaxıstanın bu məsələnin həlli üzrə güclü mövqe tutacağına şübhə edirəm", - o belə hesab edir.

"Mən şübhə edirəm ki, Qazaxıstanın münaqişənin həllində vasitəçi kimi rolu bu məsələyə kardinal şəkildə kömək edə bilər. Demək asandır ki, onlar münaqişənin nizamlanmasında irəliləyişə bu il nail olmaq üçün əllərindən gələni edəcəklər. Bu məsələnin elə bu cür də olacağı anlamına gəlmir", - Emerson deyib.

Satpayevin sözlərinə görə, Qazaxıstan nə Azərbaycan, nə də Ermənistanla əlaqələri pozmaq fikrində deyil.

"O istəyir ki, bu ili münaqişəsiz başa vursun və keşmiş SSRİ-nin bu postu tutan ilk dövləti kimi tarixə düşsün. Bununla yanaşı, heç kim gözləmir ki, o bu və ya digər münaqişə zonalarında ağrılı problemləri həll edəcək", - ekspert deyib.

Xəbər lenti

Xəbər lenti