...

Azərbaycan-Ermənistan sərhədində, qoşunların təmas xəttində keçirilmiş monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2010 15:21 (UTC +04:00)
Azərbaycan-Ermənistan sərhədində, qoşunların təmas xəttində keçirilmiş monitorinq insidentsiz ötüşüb.
Azərbaycan-Ermənistan sərhədində, qoşunların təmas xəttində keçirilmiş monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan sərhədində, qoşunların təmas xəttində keçirilmiş monitorinq insidentsiz ötüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, monitorinq zamanı heç bir insident qeydə alınmayıb. Ağdam rayonunun Təzəkənd kəndinin cənub istiqamətindəki qoşunların təmas xəttində bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik, onun səhra köməkçiləri Riter KiVladimir Çontulov keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisindəki təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrce Aberle və Caslan Nurtazin keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti