...

Azərbaycan deputatları Fransada Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2010 11:00 (UTC +04:00)
"Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Əkrəm Abdullayev Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Fransanın Strasburq şəhərinə gediblər", - çərşənbə günü Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan deputatları Fransada Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın deputatları Fransada Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəklər.

"Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Əkrəm Abdullayev Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Fransanın Strasburq şəhərinə gediblər", - çərşənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"nin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Xocalı soyqırımına həsr olunan konfrans, soyqırım qurbanlarının xatirəsinin anma mərasimi, bu faciəyə həsr olunan kitabın təqdimatı keçiriləcək. "Toplantıda mövzu ilə bağlı məruzələr dinləniləcək, deputatlarımız Xocalı qətliamı barədə fikirlərini bölüşəcəklər. Fevralın 28-də başa çatacaq tədbirlərdə faciə haqqında həqiqətləri əks etdirən sənədlər geniş ictimaiyyətə təqdim olunacaq", - məlumatda vurğulanır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 600-dən çox diinc sakin ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti