Azərbaycan, Bakı, 23 mart / Trend /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 22-də saat 13.35-dən 14.00-dək Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 13.35-dən 14.00-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.