...

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Aprel 2010 09:54 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Azərbaycan, Bakı, 1 aprel / Trend /

Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 31-də saat 18.35-dən 18.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi; saat 11.45-dən 11.55-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti