...

İran Dağlıq Qarabağ probleminin həlli ilə bağlı münaqişə tərəflərinə təkliflər verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2010 13:53 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Möttəki bildirib ki, rəsmi Tehran Dağlıq Qarabağ probleminin həlli üçün münaqişə tərəflərinə təkliflər verib.
İran Dağlıq Qarabağ probleminin həlli ilə bağlı münaqişə tərəflərinə təkliflər verib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Cəfərov/

İranın xarici işlər naziri Mənuçöhr Möttəki bildirib ki, rəsmi Tehran Dağlıq Qarabağ probleminin həlli üçün münaqişə tərəflərinə təkliflər verib.

"Ümid edirik, tərəflər bu problemin həlli istiqamətində müsbət addımlar atacaq". Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ regionun və işğal edilmiş ərazilərin azad edilməsinə dair dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Xəbər lenti

Xəbər lenti