Dağlıq Qarabağ münaqişəsinin həllində yeni impuls mövcuddur - ATƏT-in Minsk qrupunun bəyanatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2010 20:14 (UTC +04:00)
Vaşinqton, Bakı və Moskvada keçirilmiş yüksəksəviyyəli görüşlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında sülh yolu ilə nizamlanmasına yeni impuls verir.
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni impuls mövcuddur - ATƏT-in Minsk qrupunun bəyanatı

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir V.Javoronkova/

Vaşinqton, Bakı və Moskvada keçirilmiş yüksəksəviyyəli görüşlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında sülh yolu ilə nizamlanmasına yeni impuls verir. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.

Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlər Yuri Mezlyakov, Bernar FasyeRobert Bradke cümə axşamı Moskvadakı görüşlərinin yekununa dair bəyanatla çıxış ediblər.

Görüş Vaşinqton, Bakı və Moskvada keçirilmiş yüksəksəviyyəli görüşlərin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cari vəziyyətin müzakirəsi üçün təşkil olunub.

Mayın əvvəlində həmsədrlər göstərilən səylər haqqında Minsk qrupunun hesabatı üçün Vyanaya gedəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti