...

Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2010 12:45 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 13-də Azərbaycanın Tərtər rayonunun Qızıloba kəndinin qərb istiqamətindəki təmas xəttində keçirdiyi monitorinq zamanı insident qeydə alınmayıb.
Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində monitorinq baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 13-də Azərbaycanın Tərtər rayonunun Qızıloba kəndinin qərb istiqamətindəki təmas xəttində keçirdiyi monitorinq zamanı insident qeydə alınmayıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Caslan Nurtazin, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Uilyam Proyor keçirib.

Xəbər lenti

Xəbər lenti