...

Türkiyə Dağlıq Qarabağ məsələsi üzrə ATƏT-in Minsk qrupundan və beynəlxalq birlikdən daha fəal iş gözləyir – XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2010 10:33 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ məsələsi üzrə ATƏT-in Minsk qrupundan və beynəlxalq birlikdən daha fəal iş gözləyir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə axşamı bəyan edib, - Anadolu agentliyi məlumat verib.
Türkiyə Dağlıq Qarabağ məsələsi üzrə ATƏT-in Minsk qrupundan və beynəlxalq birlikdən daha fəal iş gözləyir – XİN rəhbəri

Türkiyə Dağlıq Qarabağ məsələsi üzrə ATƏT-in Minsk qrupundan və beynəlxalq birlikdən daha fəal iş gözləyir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə axşamı bəyan edib, - Anadolu agentliyi məlumat verib.

"Rusiya və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ötən il silsilə danışıqlar aparıblar. Beləliklə, proses yeni impuls alıb. Dağlıq Qarabağ məsələsi Prezident Dmitri Medvedevin Ankaraya səfəri gedişində Prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyində olub", - Davudoğlu özünün slovakiyalı həmkarı Miroslav Layçakla görüşündən sonra mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qafqaz regionunda Türkiyənin və Rusiyanın maraqları üst-üstə düşür və orada sülhün bərqərar olması həm Türkiyə, həm Rusiya, həm də beynəlxalq ictimaiyyyət üçün əlverişlidir. Bu barədə TRT Russian məlumat verib.

"Biz arzulayırıq ki, bütün dondurulmuş münaqişələr nizamlansın və qarşılıqlı etimad bərpa olunsun", - Davudoğlu bəyan edib.

Xəbər lenti

Xəbər lenti