...

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Ermənistanı yenilənmış Madrid prinsiplərini qəbul etməyə razı salacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2010 01:55 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ümid edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı yenilənmış Madrid prinsiplərini qəbul etməyə razı salacaq və tərəflər tam əhatəli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh müqaviləsinin müzakirələrinə başlaya biləcək.
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Ermənistanı yenilənmış Madrid prinsiplərini qəbul etməyə razı salacağına ümid edir

Tacikistan, Düşənbə, 18 may /Trend, müxbir R. Mirzəbəyova/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ümid edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı yenilənmış Madrid prinsiplərini qəbul etməyə razı salacaq və tərəflər tam əhatəli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh müqaviləsinin müzakirələrinə başlaya biləcək.

"Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilmiş yeniləşmiş təkliflər var. Azərbaycan artıq bu prinsipləri tam şəkildə qəbul etdiyini bildirib və mən ümid edirəm ki, həmsədrlər Ermənistanı bu prinsipləri əsas kimi qəbul etməyə razı salacaq və biz tam əhatəli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh müqaviləsinin müzakirələrinə başlaya biləcəyik", Məmmədyarov çərşənbə axşamı Düşənbə şəhərində Trend-in xüsusi müxbirinə bildirib.

Elmar Məmmədyarov Düşənbə şəhərinə 18-20 may tarixində keçiriləcək İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin Şurasının 37 -ci iclasında iştirak etmək üçün gəlib.

Nazirin sözlərinə görə Azərbaycan tərəfi danışıqlarda konstruktivlik göstərərək, Afinada ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilən təkliflərin hamısını tam şəkildə qəbul etdiyini bəyan edib. "Yəni konstruktivlik göz qabağındadır və biz irəliləməyə hazırıq", Məmmədyarov deyib.

Nazir iyun ayının əvvəllərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək fikrində olduğunu xatırladıb. "Sülh yolu ilə nizamlamaya dair bütün məsələləri müzakirə edəcəyik", Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti