...

İran Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımadığını bəyan edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2010 15:22 (UTC +04:00)
"İran İslam Respublikası, Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni tanımır və seçkilərlə əlaqədar İran İslam Respublikası tərəfindən həmin yerə heç bir nümayəndə ezam olunmayıb", - Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı Səfirliyinin Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri" ilə əlaqədar yaydığı bəyanatda bildirilir.
İran Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımadığını bəyan edib

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Cəfərov/

"İran İslam Respublikası, Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni tanımır və seçkilərlə əlaqədar İran İslam Respublikası tərəfindən həmin yerə heç bir nümayəndə ezam olunmayıb", - Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı Səfirliyinin Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri" ilə əlaqədar yaydığı bəyanatda bildirilir.

Mayın 23-də Dağlıq Qarabağda separatçı rejimin qondarma "parlament seçki"si keçirilib. BMT, ATƏT, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar "seçki"ləri tanımadıqlarını bəyan edib və bu aksiyanı pisləyib.

Xəbər lenti

Xəbər lenti