...

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa hazırdır – Avropa Komissiyasının sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2010 12:12 (UTC +04:00)
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa hazırdır. Bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Duran Barrozu (Jose Manuel Durao Barroso) çərşənbə günü Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa hazırdır – Avropa Komissiyasının sədri

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir R.Dərəxşan/

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa hazırdır. Bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Duran Barrozu (Jose Manuel Durao Barroso) çərşənbə günü Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib.

"Mən prezident Sarkisyanı Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə öz səylərini fəallaşdırmağa, xüsusilə Aİ-nin adamlar arasında əlaqələr kimi etimadın yaradılması üzrə tədbirlər silsiləsinin maliyyələşdirilməsi proqramı vasitəsilə hazır olması barədə məlumatlandırdım", - Barrozu deyib. - "Ümid edirəm, prezident Sarkisyan bu proqramı dəstəkləyəcək".

Barrozunun sözlərinə görə, Ermənistan prezidenti ilə görüşün gedişində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə danışıqlar müzakirə olunub. "Ümid edirəm, yaxın vaxtlarda ATƏT MQ-nin danışıqları davam etdirməsi sayəsində bir sıra irəliləyişləri görə biləcəyik", - Barrozu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti