...

Dağlıq Qarabağa gələn bütün xarici vətəndaşlar "arzuolunmaz şəxslər" elan ediləcək - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2010 19:38 (UTC +04:00)
Çox güman ki, Boris Qrızlov Azərbaycan hökumətinin Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə hökumətin müvafiq icazəsi olmadan gələn bütün xarici şəxslərin persona non qrata elan edilməsi barədə qərarı ilə əlaqədar səhv məlumatlandırılıb.
Dağlıq Qarabağa gələn bütün xarici vətəndaşlar "arzuolunmaz şəxslər" elan ediləcək - Azərbaycan XİN

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Tariverdiyeva/

Çox güman ki, Boris Qrızlov Azərbaycan hökumətinin Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə hökumətin müvafiq icazəsi olmadan gələn bütün xarici şəxslərin persona non qrata elan edilməsi barədə qərarı ilə əlaqədar səhv məlumatlandırılıb. Bunu Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov deyib.

"Bu qərar yalnız Rusiya vətəndaşlarına deyil, həmçinin bütün xarici vətəntaşlara aid edilir. "Arzuolunmaz şəxslər"in siyahısı artıq demək olar ki, tərtib olunub. Bütün bu adamlar Azərbaycanda olması arzu edilməyən şəxslərin siyahısındadır", - Poluxov deyib.

Azərbaycan XİN Rusiya Federasiyasının Dövlət Dumasının beş millət vəkilini Dağlıq Qarabağda separatçı rejimin mayın 23-də keçirdiyi "parlament seçkiləri"nin monitorinqində iştirak etdiyinə görə persona non qrata elan edib. Bunlar Konstantin Zatulin, İqor Çernışenko, Kiril Çerkasov, Tatyana Volojinskaya və Maksim Mişenkodur.

"Mən əlbəttə belə qərara qarşı çıxıram. Məncə burada başqa bir fikir ola bilməz. Dağlıq Qarabağda seçkiləri müşahidə etmiş millət vəkilləri Dövlət Dumasının rəsmi nümayəndə heyəti deyil. Buna baxmayaraq, məndə olan məlumata görə, Dağlıq Qarabağa seçkiləri müşahidə etməyə müxtəlif ölkələrdən olan azı yüz nəfər müşahidəçi gəlib. Və burada qərar məhz rus millət vəkillərinə aid edilib. Əlbəttə ki, mən buna mənfi yanaşıram", - Boris Qrızlov bazar ertəsi Yerevanda "Novosti-Armeniya" agentliyinin sualına cavab verərkən deyib.

Xəbər lenti

Xəbər lenti