...

Türkiyə və Qazaxıstan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2010 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir S.Süleymanov/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və ATƏT-in fəaliyyətdə olan sədri, dövlət katibi, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bu gün Astanada Dağlıq Qarabağ nizamlanmasını müzakirə ediblər.

"Biz Dağlıq Qarabağ münaqişəsindəki gərginliyi azaltmaq üçün göstərilməsi zəruri olan səyləri müzakirə etdik", - Davudoğlu görüşdən sonra jurnalistlərə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti