...

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun əsir düşməsi faktını təsdiq edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2010 19:21 (UTC +04:00)
Güman edilir ki, Azərbaycanın hərbi qulluqçusu yolu azaraq əsir düşüb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Teymur Abdullayev deyib.
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun əsir düşməsi faktını təsdiq edib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusu Roman Hüseynovun əsir düşməsi faktını təsdiq edib.

Güman edilir ki, Azərbaycanın hərbi qulluqçusu yolu azaraq əsir düşüb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Teymur Abdullayev deyib.

Ermənistan KİV-ləri 1985-ci il təvəllüdlü Roman Hüseynovun əsir düşməsi barədə məlumat yayıblar.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun ermənilərə əsir düşməsi ilə bağlı yayılan məlumatı araşdırmağa başlayıb.

Bundan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan nümayəndəliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, kiçik çavuş Roman Novruz oğlu Hüseynovun avqustun 27-də əsir düşməsi barədə KİV-də dərc olunan məlumatların araşdırılması üçün qurum tərəfindən Ermənistandakı nümayəndəliyə sorğu göndərilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti