...

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonu haqqında sayt-bloq yaradılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2010 10:37 (UTC +04:00)
"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən istifadəyə verilmiş bloqla http://www.mygubadli.wordpress.com/ bu ünvanda ətraflı tanış olmaq mümkündür.
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonu haqqında sayt-bloq yaradılıb

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonu haqqında sayt-bloq yaradılıb.

"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən istifadəyə verilmiş bloqla http://www.mygubadli.wordpress.com/ bu ünvanda ətraflı tanış olmaq mümkündür.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, bloqların yaradılması "Mənim Qarabağım! Mənim Azərbaycanım!" devizi altında keçirilir.

"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr edilmiş sayt-bloqlar istifadəyə verəcək.

"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edib.

Bugünə artıq Şuşa (http://www.myshusha.wordpress.com), Laçın (http://www.mylachin.wordpress.com), Ağdərə (http://www.myaghdara.wordpress.com/), Ağdam (http://www.myaghdam.wordpress.com/), Füzuli (http://myfuzuli.wordpress.com/) və Cəbrayıl (http://myjabrail.wordpress.com/) haqqında bloqlar istifadəyə verilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti