...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində silahlı insidentin baş verməsi təsdiqlənib, iki itki var(YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Sentyabr 2010 16:15 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 31-də dünən gecə saatlarında erməni hərbçiləri cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində silahlı insidentin baş verməsi təsdiqlənib, iki itki var(YENİLƏNİB)

Azərbaycan, Bakı, 4 sentyabr/Trend, müxbir D.Xatınoğlu/

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən gecə saatlarında erməni hərbçiləri cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib. Döyüş təmas xəttində daha gərgin şəkil alıb. Atışma zamanı iki hərbi qulluqçumuz - Abdullayev Əhməd Hüseynağa oğlu (1976 Cəlilabad) və Əhmədov Fərid Gülağa oğlu (1986 Xətai) şəhid olublar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti